"Başa düşmürəm, niyə "Neftçi"ni favorit sayırlar"

"Başa düşmürəm, niyə "Neftçi"ni favorit sayırlar"
Futbol
09 İyul 2019 - 00:37
Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi "Sperantsa"nın prezidenti Petru Efros və komandanın baş məşqçisi Kristian Efros fikirlərini bölüşüb.

Supersport.Az-ın Moldova mətbuatına istinadən yaydığı xəbərə görə, P.Efros açıqlamasında  cütün taleyini baş məşqçilərin həll edəcəyini bildirib:


"Başa düşmürəm, niyə "Neftçi"ni favorit sayırlar. Onlar neft satırlar, biz isə pomidor. Burada heç bir problem görmürəm. Şansları bərabər hesab edirəm. Hər şey Kristian və Bordindən asılıdır. Bordinin sərəncamında güclü, maaşı çox olan futbolçular ola bilər. Amma düşünürəm ki, onlar ən yaxşı deyillər. Əminəm ki, "Neftçi" komandamızı qiymətləndirməyəcək və biz çoxlarını təəccübləndirəcəyik".

"Sperantsa"nın çalışdırıcısı Kristian Efros isə üstünlüyün öz tərəflərində olduğunu düşünür:




"Hazırda onların çempionatında fasilədir. Ona görə də rəqibi təhlil etmək mənim üçün çətindir. Yoxlama matçlarında gördüklərimə əsasən deyə bilərəm ki, sürətli cinah oyunçularının hesabına hücum futbolu oynamağa çalışacaqlar. Bizim üstünlüyümüz odur ki, Moldova çempionatında hər həftə oyun keçiririk".

Qeyd edək ki, "Neftçi" ilə "Sperantsa" arasında ilk oyun iyulun 11-də "Zimbru" stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq. Hər iki görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Digər xəbərlər