"Traktor Azərbaycan"ın Türkiyə planında gecikmə

"Traktor Azərbaycan"ın Türkiyə planında gecikmə
Futbol
08 İyul 2019 - 01:33
Supersport.Az-ın məlumatına görə, "Traktor Azərbaycan"ın Ərzuruma səfəri gecikəcək.

Mustafa Dənizlinin çalışdırdığı Cənubi Azərbaycan təmsilçisinin Türkiyədə iyulun 8-də hazırlığa başlayacağı planlaşdırılsa da, bu tarix 15-nə keçirilib. "Traktor Azərbaycan"ın məqsədi İran çempionu olmaqdır.

Məlumat üçün bildirək ki, Ərzurumda yerləşən Palandökən dağında 5 il əvvəl müasir standartlara uyğun meydançalar qurulub və iqlimi də əlverşlidir. Ötən il 100-ə yaxın orada komanda təlim-məşq toplanışı keçib.

Digər xəbərlər