"Qəbələ" Ukrayna klubunu məğlub etdi

"Qəbələ" Ukrayna klubunu məğlub etdi
Futbol
07 İyul 2019 - 20:14
2019-2020-ci illər mövsümünə hazırlığı Türkiyədə davam etdirən "Qəbələ" bu gün Bolu şəhərində ilk sınağına çıxıb.

Supersport.Az-ın məlumatına görə, Azərbaycan klubu toplanışın 4-cü günündə Ukraynanın "Mariupol" komandasına qalib gəlib.

Avrokuboklarda iki mövsüm keçirən ukraynalılar bu yay yenidən UEFA Avropa Liqasında mübarizə aparacaq. Mariupol təmsilçisi yarışa III təsnifat mərhələsindən başlayacaq.

7 iyul

Yoxlama oyunu

18:30. "Qəbələ" (Azərbaycan) – "Mariupol" (Ukrayna) - 2:1


"Qəbələ": Anar Nəzirov, Amin Seydiyev, Murad Musayev, Sadiq Quliyev, Qismət Alıyev, Kamal Mirzəyev, Merab Qiqauri, Fernan Lopez, Rövlan Muradov, Roman Hüseynov, Ülvi İsgəndərli.

Baş məşqçi: Sənan Qurbanov

Qollar: Ülvi İsgəndərli 3, Roman Hüseynov 15 - Fomin, 34-pen.

Hendek Atatürk stadionu

Oyunun ilk dəqiqələri "Qəbələ" hücuma atılıb.

2. Ülvi İsgəndərli yaxın məsafədən qolkiper Xucamovla mübarizədən qalib ayrılıb.

15. Murad Musayevin zərbəsinin qarşısı alınsa da, Roman Hüseynov cərimə meydançası xəttindən topu doqquzluğa göndərib.

31. Qokiper Rustəm Xucamov çətinliklə Hüseynovun zərbəsini dəf edib.

33. Vakulenkoya qarşı kobudluqdan sonra Fomin penaltidən hesab arasındakı fərqi azaldıb.

37. Mişnevin 30 metrdən vurduğu topu Anar Nəzirov çətinliklə çıxarıb.

42. Fominin vurduğu top zamanı Anar Nəzirov komandasını xilas edib.

53-59. Çobotenko və Fominin zərbəsi dəqiq alınmayıb.

Ukrayna klubu çox çalışsa da, meydanı məğlub tərk etməli oldu.

 

 

 

Digər xəbərlər