Federasiya prezidenti, məşqçilər istefa verdi

Federasiya prezidenti, məşqçilər istefa verdi
Futbol
07 İyul 2019 - 17:00
Misir Futbol Federasiyasının  prezidenti Hani Abu Rida istefa verib.

Supersport.Az xəbər verir ki, buna səbəb Afrika Millətlər Kubokunun 1/8 finalında Misir millisinin evdə Cənubi Afrika Respublikasına uduzaraq, mübarizəni dayandırmasıdır.
Bir qolla məğlubiyyətdən sonra  meksikalı baş məşqçi Havyer Aqurre və onun bütün köməkçiləri vəzifəsindən gedib.

Qeyd edək ki, Afrika Millətlər Kuboku Misirdə keçirilir.




Digər xəbərlər