"Neftçi"də yeni müqavilə

"Neftçi"də yeni müqavilə
Futbol
07 İyul 2019 - 13:11
"Neftçi" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Supersport.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "ağ-qaralar" Rəhman Hacıyevlə sözləşməni daha 1 il müddətinə artırıb. Anlaşmaya görə, 25 yaşlı yarımmüdafiəçi 2020/2021 mövsümünün sonunadək paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

"Neftçi" buna qədər Səlahət Ağayev, Mirabdulla Abbasov və Namiq Ələsgərovun müqaviləsinin müddətini uzadıb.

Qeyd edək ki, 2014/2015 mövsümündən "Neftçi"də çıxış edən Rəhman bu müddət ərzində meydana çıxdığı 145 oyunda 15 qola imza atıb.

Digər xəbərlər