"Traktor" iki türk futbolçunu gətirir

"Traktor" iki türk futbolçunu gətirir
Futbol
05 İyul 2019 - 01:17
Cənubi Azərbaycanın "Traktor" klubu İran çempionluğunu qazanmaqda israrlıdır.

Supersport.Az-ın Təbriz təmsilçisinə istinadən məlumatına görə, komanda Türkiyə yığmasının sabiq kapitanı, "Qalatasaray"la "Fənərbağça"nın formasını geyən Mehmet Topal və "Aslanlar"ın üzvü, 31 yaşlı Eren Derdiyokla maraqlanır. 33 yaşlı M.Topalın "Fənər"lə müqaviləsi başa çatıb. Hər iki futbolçunun böyük ehtimalla "Traktor"a keçəcəyi bildirilir.

Digər xəbərlər