Raqif Abbasov Ulmas Raşidovla görüşdü - Şəkil

Raqif Abbasov Ulmas Raşidovla görüşdü - Şəkil
Digər, Foto
04 İyul 2019 - 10:00
Supersport.Az-ın məlumatına görə, Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının Buxara vilayətinin  Bədən Tərbiyəsi və İdman İdarəsinin rəisi Ulmas Raşidovla Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) görüş keçirilib.

Baş İdarənin rəisi Raqif Abbasov qonağı salamlayaraq ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən gənclər və idman sahələrində səmərəli əməkdaşlığın olduğunu bildirib. Sonra Abbasov Azərbaycanın ictimai həyatında mühüm amillərdən biri olan bədən tərbiyəsi və idmanın gündən-günə tərəqqisi naminə bu sahədə görülən işlər barədə danışıb və bu sahədəki bütün uğurların əsasında cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətinin nəticəsi olduğunu vurğulayıb.

Özbəkistan Respublikasının Buxara vilayətinin Bədən Tərbiyəsi və İdman İdarəsinin  rəisi Ulmas Raşidov öz növbəsində qonaqpərvərliyə və xoş qarşılanmaya görə Raqif Abbasova təşəkkürünü bildirib, Bakı şəhəri və Buxara vilayəti arasında olan  dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da möhkəmlənəcəyini qeyd edib.  Raşid Ulmasov həmçinin Bakı şəhərindəki idman qurguları və idman məktəbləri ilə yaxından tanış oldugunu və  ölkəmizdə gördüklərindən məmnunluğunu bildirib.

Görüşün sonunda qonağa milli atributlarımızı əks etdirən xatirə hədiyyələri təqdim edilib.

Digər xəbərlər