Ramil Şeydayev "Dinamo"nu seçdi

Ramil Şeydayev "Dinamo"nu seçdi
Futbol
02 İyul 2019 - 19:09
Mövsümün sonunda "Krılya Sovetov"la müqaviləsi başa çatan Ramil Şeydayev Moskva "Dinamo"suna keçib.

Supersport.Az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisində tibbi müayinədən uğurla keçən millimizin üzvü ilə bu gün 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ramil ötən ilin avqust yayından "Krılya Sovetov"da çıxış edirdi. 23 yaşlı hücumçu ötən mövsüm Rusiya Premyer Liqasında 18 oyuna çıxıb və 4 qol vurub.

Digər xəbərlər