"Qarabağ"ın qolu sayılmadı - qələbə əldən verildi - Video

"Qarabağ"ın qolu sayılmadı - qələbə əldən verildi - Video
Futbol
02 İyul 2019 - 20:45
Avstriyada təlim-məşq toplanışı çərçivəsində Azərbaycan çempionu bu gün son yoxlama oyununu keçirib.

Supersport.Az-ın məlumatına görə, "Qarabağ" "Viktoriya" ilə qarşılaşmada 2 qol vursa da, Çexiyanın ikinci güclü komandası sonradan məğlubiyyətdən qaça bilib.


Matçın 11-ci dəqiqəsində futbolçu Mahir Əmrəli topu qapıdan keçirsə də, hakim qayda pozuntusu qeydə alaraq qolu hesaba almayıb. Qarşılıqlı hücumlarla keçən ilk hissənin sonlarına yaxın "Qarabağ" hesabı açıb. Riçard Almeydanın ötürməsini Mahir Əmrəli dəqiq tamamlayıb. İkinci hissəyə də sürətli başlayan komandamız 52-ci dəqiqədə Mahir hesabı 2:0 edib. 84 və 85-ci dəqiqələrdə "Viktoriya" qapısında iki qol görüb və qarşılaşma 2:2 hesabıyla başa çatıb.
19:00 "Qarabağ" - "Viktoriya" 2-2


Qol: Mahir Əmrəli 41, 52


"Qarabağ": 13. Vaqner Silva, 4.Rahiil Məmmədov, 55.Bədavi Hüseynov, 45. Maksim Medvedev, 30.Abbas Hüseynov,  20. Riçard Almeyda, 8. Miçel, 19. Filip Ozobiç, 17. Abdulla Zubir, 10. Dani Kintana, 11. Mahir Əmrəli


Qeyd edək ki, Ağdam təmsilçisi bundan əvvəl Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub, Rumıniya "Krayova"su ilə qolsuz bərabərə qalıb, Rusiya “Ufa”sına 2:1 hesabı ilə qalib gəlib.

Digər xəbərlər