"Səbail" məğlub gəlir

"Səbail" məğlub gəlir
Futbol
02 İyul 2019 - 00:15
Avropa Liqasında ölkəmizi təmsil edəcək "Səbail" Bolqarıstanda təlim-məşq toplanışı çərçivəsində son - dördüncü yoxlama oyununu Şimali Makedoniyanın "Makedoniya GP" klubuna qarşı keçirib.

Azərbaycan komandası 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, "Səbail" toplanış zamanı Bolqarıstan təmsilçiləri - Plovdiv “Lokomotiv”i (0:1) və “Beroe”yə (0:4) uduzub, Rumıniyanın "Klinçeni" klubu ilə qolsuz heç-heçə edib.

Digər xəbərlər