"Neftçi" "Vorskla" qarşısında aciz qaldı

"Neftçi" "Vorskla" qarşısında aciz qaldı
Futbol
30 İyun 2019 - 16:50
Supersport.Az-ın məlumatına görə, Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununda "Neftçi" "Vorskla"ya məğlub olub.

Hesabı Ukrayna klubu açsa da, Azərbaycan təmsilçisi sonradan 2 qol vuraraq, irəli çıxıb. Lakin "Vorskla"ya "Neftçi"nin qapısına 2 dəfə də yol taparaq meydanı qələbəylə tərk edib.

Yoxlama oyunu

30 iyun

15:00. "Neftçi" - "Vorskla" 2-3

"Neftçi"dən qolları Vanqelis Platellas (29) və Dario Frederiko (33) vurub.

"Neftçi": 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 10.Dario Frederiko, 11.Vanqelis Platellas, 19.Rauf Əliyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane.

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 7.Namik Ələskərov, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 20.Elnur Süleymanov, 32.Mirkamil Əliyev, 33.Turan Vəlizadə, 37.Vüsal Əsgərov, 47.Əsgər Hüseynov, 80.İsmayıl Zülfüqarlı, 85.Şöhrət Yusifov.

1’ Oyun başlandı.

3’ Rəqinin hücumu zamanı Səlahət Ağayev topu çətinliklə küncə çıxardı.

7’ Vanqelis Platellasın künc zərbəsindən ötürdüyü topu Rauf Əliyev başla Stiven Jozef-Monroza ötürdü. Monrozun başla zərbəsindən sonra top qapının üstündən keçdi.

9’ Rəqib komandanın cinahla hücumu qolla nəticələndi – 0:1.


22’ Vanqelis Platellasın cərimə zərbəsindən ötürdüyü topu Stiven Jozef-Monroz yaxın məsafədən vursa da, qapıçı topu tutdu.

24’ Ömər Buludovun cinahdan ötürdüyü topu Rauf Əliyevin başla qapıdan keçirməsi üçün azacıq dəqiqlik çatmadı.

28’ Dario Frederikonun cərimə meydançasının daxilindən vurduğu top qapıdan azca aralı keçdi.

29’ Qol! İki rəqibini geridə qoyan Dario Frederikonun ötürməsindən sonra Vanqelis Platellas küncü dəqiq nişan aldı – 1:1.

33’ Qol! Rəqibin cərimə meydanına daxil olan Dario Frederiko müdafiəçini aldadaraq topu yaxın küncə göndərdi – 2:1.

45’ İlk hissə başa çatdı.

46’ İkinci hissə başlandı.

57’ Vanqelis Platellası Rəhman Hacıyev, Dario Frederikonu Namik Ələskərov, Kirilo Petrovu Mamadu Mbodj, Ömər Buludovu Tural Axundov əvəzləyir.

60’ Rəhman Hacıyevin ötürdüyü topu Stiven Jozef-Monroz qapının üstündən vurdu.

68’ Rauf Əliyevin ötürməsindən sonra Namiq Ələsgərovun vurduğu topu qapıçı tutdu.

70’ Rauf Əliyevin əvəzinə meydana İsmayıl Zülfüqarlı daxil olur.

72’ Künc zərbəsindən sonra rəqib futbolçu başla fərqləndi – 2:2.

83’ Rəqibin təhlükəli hücumu zamanı əvvəlcə Səlahət Ağayev, sonra isə qapı dirəyi "Neftçi"ni qoldan xilas etdi.

88’ Səlahət Ağayev bu dəfə küncə göndərilmiş topu tutmağı bacardı.

90’ Səlahət Ağayev yenə də rəqibin fərqlənməsinin qarşısını aldı.

90+2’ "Vorskla" penalti zərbəsi ilə fərqləndi – 2:3.

90+3’ Oyun başa çatdı.

Qeyd edək ki, ilk sınaq matçında "SKA-Xabarovsk"a (Rusiya) 3:1 hesabı ilə qalib gələn "Neftçi"nin Rumıniyanın "Politexnika İaşi" klubu ilə oyunu güclü duman səbəbindən yarımçıq qalmışdı. Paytaxt təmsilçisi iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.

Digər xəbərlər