"Neftçi"nin ikinci yoxlama oyunu

"Neftçi"nin ikinci yoxlama oyunu
Futbol
26 İyun 2019 - 13:53
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün qardaş ölkədə növbəti yoxlama matçını keçirəcək.

Supersport.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi ikinci sınağında Rumıniyanın "Politexnika İaşi" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, "Neftçi" ilk sınaq matçında "SKA-Xabarovsk"a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın "Vorskla" klubu ilə sonuncu yoxlama oyununa çıxacaq "ağ-qaralar" iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq

Digər xəbərlər