Üç cüdoçumuz da medal qazandı

Üç cüdoçumuz da medal qazandı
Futbol
24 İyun 2019 - 22:24
Supersport.Az-ın məlumatına görə, Belarusun paytaxtı Minskə keçirilən II Avropa Oyunlarında cüdo üzrə üçüncü yarış günündə daha 5 idmançımız tatami üzərinə çıxıb.

Kişilərin yarışında 90 kq çəkidə mübarizə aparan Məmmədəli Mehdiyev 1/16 finalda Yahor Varapayevlə (Belarus) qarşılaşıb və qələbə qazanıb. Mehdiyevin 1/8 finaldakı rəqibi Aurilyena Disse (Fransa) də məğlub edərək 1/4 finala çıxıb. Bu mərhələdə isə türkiyəli Mikayıl Özerlərinə məğlub olub. Təsəlliverici qarşılaşmada isveçrəli Siril Qrossklausu məyus edən Mehdiyev bürünc medal uğrunda niderlandlı Vant end Noeli məğlub edib.

Elmar Qasımov (100 kq) 1/16 finalda ukraynalı  Anton Savitki ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz növbəti mərhələdə estoniyalı Qriqori Minaskinə qalib gəlib. O, 1/4 finalda fransalı Cyrille Maretə uduzub. O, təsəlliverici görüşdə monteneqrolu Danilo Pantiçi məğlub edib və bürünc medal uğrunda görüşdə xorvatiyalı Zlatko Kumriçi ipponla məğlubiyyətə uğradıb.

İrina Kindzerskaya da (+78 kq) bürünc medal qazanıb.

Zelim Kotsoyev (100 kq) 1/16 finalda Boyan Dosenə (Serbiya) qalib gələrək, 1/8 finala adlayıb. O, bu mərhələdəki rəqibi Toma Nikiforova (Belçika) uduzub.

Uşanqi Kokauri (100+) isə 1/8 finalda sloveniyalı Vito Draqiçi, ardınca niderlandlı Roy Meyeri mübarizədən kənarlaşdırıb. O, yarımfinalda rusiyalı İnal Tasoyevə uduzub. İdmançımız bürünc medal uğrunda avstriyalı Ştefan Xedyiylə bacarmayıb.

 

Digər xəbərlər