Azərbaycan idmançıları Belarusda keçirilən II Avropa Oyunlarında növbəti medallarını qazanıb.
Supersport.Az xəbər verir ki, sambo yarışlarında 57 kq çəki dərəcəsində mübarizə aparan Mehman Xəlilov ermənistanlı Maksim Manukyanı 9:1 hesabı ilə çökdürərək üçüncü yeri tutub.
68 kq çəki dərəcəsində yarışan Emil Həsənov isə bolqarıstanlı Martin İvanovu vaxtından əvvəl ağrıdıcı fəndlə məğlub edərək, bürünc medal qazanıb.