Qurban Qurbanov: "Rəqib güclü idi, oyun çox faydalı oldu"

Qurban Qurbanov: "Rəqib güclü idi, oyun çox faydalı oldu"
Futbol
22 İyun 2019 - 23:23
Supersport.Az-ın məlumatına görə, Avstriyada yoxlama oyununda "Ludoqorets"ə uduzan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov məğlubiyyətin səbəbini açıqlayıb.

"Normal oyun keçdi. Baxmayaraq ki, Avstriyada ilk oyunumuz idi, istərdik ki, ilk rəqibimiz bir az asan olsun, bugünkü rəqibimiz yetəri qədər güclüydü. Bu oyunun bizim üçün çox faydası olduğunu düşünürəm. Bəzi futbolçular 45, bəziləri 60 dəqiqə oynadı. Abbas Hüseynov və Rahil Məmmədov 90 dəqiqə meydanda oldular. Komandamdan razı qaldım. Toplanışın ilk mikrotsiklini belə oyunla başa vurmaq bizim üçün faydalı oldu" - deyə, mütəxəssis klubun mətbuat xidmətinə bildirib.

Digər xəbərlər