İki pəhləvanımız Avropa çempionu oldu - Video

İki pəhləvanımız Avropa çempionu oldu - Video
Güləş, Video
19 İyun 2019 - 18:12



İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.

Supersport.Az-ın məlumatına görə, yarışın ilk günündə ölkəmiz uğur qazanıb.

48, 55, 65, 80 və 110 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.
1/4 finaldan mübarizəyə qoşulan Məlik Əliyev İsrail təmsilçisinə heç bir şans verməyərək adını yarımfinala yazdırıb. Belarus güləşçisinə də gücünü göstərən Əliyev finala vəsiqə qazanıb. İyunun 18-də baş tutan həlledici qarşılaşma gərgin mübarizə şəraitində keçib. Rusiya güləşçisiylə görüşdə 0:3 hesabıyla geridə olan Məlik əzmkarlıq nümayiş etdirərək hesabı xeyrinə dəyişib və Avropa çempionu olub!
Nihat Məmmədli gərgin keçən ilk görüşdə Rusiya pəhləvanını üstələyib. Məmmədli növbəti qarşılaşmada türk güləşçidən güclü olub və o da yarımfinala adlayıb. Finalın bir addımlığında Ermənistan güləşçisiylə üz-üzə gələn Nihat prinsipial qarşılaşmadan da üzüağ çıxıb. İlk hissədə qazandığı 4 xallıq üstünlüyü sona kimi qoruyan pəhləvanımız finala çıxıb. İyunun 18-də gerçəkləşən son görüş də güləşçimizin başdan sona üstünlüyü ilə keçib. Belarus idmançısına vaxtından əvvəl qalib gələn Məmmədli Avropa çempionu olub!
Xasay Həsənli qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz ilk görüşdə macar rəqibini vaxtından əvvəl məyus edib. Həsənli Xorvatiya idmançısına da göz açmağa imkan verməyib. Rəqibinə ilk hissədə qalib gələn Xasay yarımfinala yüksəlib. Həsənli bu mərhələdə Rusiya təmsilçisinə uduzub. Xasay iyunun 18-də 3-cü yer uğrunda görüşdə Gürcüstandan olan rəqibinə ilk hissədə qalib gəlməklə bürünc medalı boynundan asıb.
Əlisəftər Məmmədli ilk mərhələdə Xorvatiya güləşçisinə qalib gəlib. Ancaq Əlisəftər növbəti görüşdə moldovalı həmkarıyla bacarmayıb.
Əli Fərmanov Ukrayna idmançısına məğlub olub.

48 kq
1/4 final - Məlik Əliyev - Melkamu Fetene (İSR) 9:0
1/2 final - Məlik Əliyev - Maksim Stupakeviç (BLR) 4:1
FİNAL - Məlik Əliyev - Damir Kalakutok (RUS) 5:3

55 kq
1/8 final - Nihat Məmmədli - Artyom Kolesnik (RUS) 3:1
1/4 final - Nihat Məmmədli - Seyitcan Beytekin (TUR) 8:0
1/2 final - Nihat Məmmədli - Varujan Antonyan (ARM) 4:0
FİNAL - Nihat Məmmədli - Qleb Makaranka (BLR) 9:0

65 kq
1/8 final - Xasay Həsənli - Atilla Toesmaqi (HUN) 12:1
1/4 final - Xasay Həsənli - Kristian Bosnyak (CRO) 10:0
1/2 final - Xasay Həsənli - İmran Baboçiyev (RUS) 0:5
Bürünc medal görüşü - Xasay Həsənli - Nikolos Marqvelaşvili (GEO) 9:0

80 kq
Təsnifat - Əlisəftər Məmmədli - Tomislav Brkan (CRO) 3:1
1/8 final - Əlisfətər Məmmədli - Qabriel Lupasko (MDA) 1:4

110 kq
Təsnifat - Əli Fərmanov - Mixaylo Vişnivetski (UKR) 1:7

Digər xəbərlər