"UEFA-dan siqnal bizim ağır işimizin mükafatıdır" - Fritz Ştuxlik

"UEFA-dan siqnal bizim ağır işimizin mükafatıdır" - Fritz Ştuxlik
Futbol
19 İyun 2019 - 16:03
CORE kurslarında uğrula iştirak etmiş və yekunda ən yaxşı briqada seçilmiş Elçin Məsiyev, Elşad Abdullayev və Qəzənfər Məmmədov 15 yaşadək futbolçulardan ibarət komandalar arasında ABŞ-ın Florida ştatında keçiriləcək CONCACAF turnirinə təyinat alıb.

Supersport.Az xəbər verir ki, bu haqda AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik qurumun rəsmi saytına açıqlama verib:

"Hakimlərimizin qazandığı uğura görə sevinir və onlarla fəxr edirəm. Amerikada keçiriləcək turnir üçün seçimlərdə uğur qazanmaları onların yaxşı hazırlaşdıqlarının və öz üzərlərində çox işlədiklərinin, həmçinin Azərbaycan hakimlər ailəsinin düzgün yolda olduğunun göstəricisidir. Eyni zamanda, UEFA-dan gələn bu siqnal bizim ağır işimizin mükafatıdır. Təbii ki, inkişaf etmək, uğur qazanmaq üçün daha çox çalışacağıq".

 

Digər xəbərlər