Aftandil Hacıyev: "Komandamıza ən güclü rəqib düşdü"

Aftandil Hacıyev: "Komandamıza ən güclü rəqib düşdü"
Futbol
19 İyun 2019 - 15:20
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində Rımıniya təmsilçisi "Universitatya Krayova" ilə üz-üzə gələcək "Səbail"in baş məşqçisi Aftandil Hacıyev açıqlama verib.

Supersport.Az-ın klubun saytına istinadən məlumatına görə, mütəxəssis püşkü dəyərləndirib:

"Görünən odur ki, püşkdə daha münasib komandalar olsa da, potensial rəqiblərdən ən güclüsü bizə düşdü. Ancaq layiqli mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz futbolçuları hər iki oyuna daha yaxşı hazırlamaqdır. Rəqibimiz köklü komandadır. Heyətlərində fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Hətta onlardan bir neçəsini tanıyıram. Transfer pəncərəsində menecerlər tərəfindən təklif olunanlar arasında rəqibin heyətində olan futbolçular da var. Çətin rəqib olsa da, pozitiv düşünürük. Məqsədimiz ölkəmizi layiqincə təmsil etməkdir".

"Universitatya Krayova" klubu Krayova şəhərini təmsil edir. Klubun əsası 1948-ci ildə qoyulub. 4 dəfə Rumıniya çempionu olan, 6 dəfə ölkə kubokuna yiyələnən bu komandanın avrokuboklardakı ilk oyunu 1972/73-cü il mövsümündə olub. Avrokubokdakı ən böyük uğuruna isə 1982/83-cü il mövsümündə imza atıb. Rumın klubu həmin il UEFA Kubokunun yarımfinalında "Benfika"ya uduzub.

 

Digər xəbərlər