"Qarabağ"la oyun yaxşı olacaq"

"Qarabağ"la oyun yaxşı olacaq"
Futbol
19 İyun 2019 - 14:35
"Bu, mənim "Partizani"də ilk günüm idi. Meydançada uşaqlarla görüşdüm. Çox müsbət görüş oldu. Yaxşı məşq keçdik. Böyümək və inkişaf etmək istəyən komanda gördüm".

Supersport.Az-ın Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi "Partizani"nin baş məşqçisi Franko Lerda belə deyib.

Püşkün nəticəsini dəyərləndirən italiyalı mütəxəssis, Azərbaycan klubu ilə oyunların asan olmayacağını bildirib:

"Püşkdən əvvəl arzuladığım xüsusi bir rəqib yox idi. Biz yalnız qarşıdakı oyunu düşünməli və matça həm fiziki, həm də texniki baxımdan hazırlıqlı olmalıyıq. Mərhələni keçmək üçün isə hər şeydən öncə psixoloji hazırlığımızdan əmin olmalıyıq. Çünki indi asan oyun yoxdur. İnanıram ki, hər şey yaxşı olacaq".

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında oyunlar 9/10 və 16/17 iyul tarixlərində keçiriləcək.

Digər xəbərlər