"Qarabağ"ın rəqibini tanıyaq - 13 il həsrət, 5.3 milyon funt-sterlinq büdcə

"Qarabağ"ın rəqibini tanıyaq - 13 il həsrət, 5.3 milyon funt-sterlinq büdcə
Futbol
18 İyun 2019 - 17:06
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi "Partizani" 73 illik tarixə malikdir.

Tirana təmsilçisi 1946-cı il fevralın 4-də təsis olunub. "Partizani" ev oynlarını 9600 tutumlu "Selman Stermasi" stadionunda keçirir.

Paytaxt klubu 16 dəfə ölkə çempionu olub, 15 dəfə kuboku, 2 dəfə superkuboku qazanıb.

Komandanın adı Albaniyanın xalq qəhrəmanı - partizan, general Petrit Dumeylə bağlıdır.

"Partizani"nin büdcəsi 5.38 milyon funt-sterlinq təşkil edir.

Albaniya təmsilçisi Avropa yarışında son qələbəsini 2006-cı ildə İntertoto Kubokunda öz meydanında Kipr "Etnikos"u üzərində qazansa da (2:1), sonra 2:4 məğlub olaraq ümumi hesabda mübarizəni dayandırıb.

Digər xəbərlər