"Neftçi"yə Moldova, "Səbail"ə Rumıniya klubu rəqib oldu

"Neftçi"yə Moldova, "Səbail"ə Rumıniya klubu rəqib oldu
Futbol
18 İyun 2019 - 17:50
Bu gün Avropa Liqasının 1-ci  təsnifat mərhələsinin püşkü atılıb.

Supersport.Az xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edəcək "Neftçi" Moldovanın "Speranta" klubu ilə qarşılaşacaq. İlk oyun Bakıda olacaq.

Avropa Liqası

I təsnifat mərhələsi


"Neftçi" (Azərbaycan) - "Speranta" (Moldova)

"Səbail" (Azərbaycan) - "Universitatya Krayova" (Rumıniya)

Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.
Azərbaycan Kubokunun qalibi "Qəbələ" mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Əyalət təmsilçisinin rəqibi iyunun 19-da müəyyənləşəcək. Bu mərhələnin oyunları iyulun 25-də və avqustun 1-də olacaq.

Digər xəbərlər