"Neftçi"ylə "Səbail"in rəqibləri azaldı

"Neftçi"ylə "Səbail"in rəqibləri azaldı
Futbol
17 İyun 2019 - 21:33
Azərbaycan klublarının Avropa Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə enib.

Supersport.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, səpələnmişlər sırasında yer alan "Neftçi"yə "Hibernians" (Malta), "Rujomberok" (Slovakiya), "Pandev Akademiyası" (Makedoniya), "Speranta" (Nisporeni, Moldova) və ya "Zeta" (Monteneqro) rəqib olacaq.

"Səbail" isə "Universitatya Krayova 1948" (Rumıniya), "Baltsan" (Malta), "Laçi" (Albaniya), "Şkupi" (Makedoniya), "Petrokub-Hincesti" (Moldova) və ya "Narva Trans"la (Estoniya) ilə qarşılaşacaq.

Azərbaycanın daha bir təmsilçisi "Qəbələ" isə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.

Qeyd edək ki, püşkatma mərasimi sabah Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Digər xəbərlər