PSJ prezidenti Neymarla vidalaşmaq istəyir

PSJ prezidenti Neymarla vidalaşmaq istəyir
Futbol
17 İyun 2019 - 17:10


Supersport.Az-ın məlumatına görə, PSJ-nin prezidenti Nassir Əl-Xalifi klubun imicinə zərbə vuran futbolçularla yolların ayrılmasının mühüm olduğunu bildirib.

"Futbolçular daha məsuliyyətli, tam fərqli olmalı, çox çalışmalıdırlar. Onlar özlərini məmnun etmək üçün klubda deyillər. Bunu qəbul etməyənlər üçün qapı açıqdır: yaxşı yol! Kiminsə problemi varsa, onlarla vidalaşmağa hazırıq".

Qeyd edək ki, braziliyalı futbolçu Neymar etdiyi xoşagəlməz əməllərlə gündəmdən düşmür.

Digər xəbərlər