Tanınmış jurnalist İlkin Xəlilovun qələbəsi: "Misilsiz dəstək məni qürurlandırdı"

Tanınmış jurnalist İlkin Xəlilovun qələbəsi: "Misilsiz dəstək məni qürurlandırdı"
Futbol
17 İyun 2019 - 15:47
Supersport.Az xəbər verir ki, ATV-də işinə davam edəcəyi açıqlanan kanalın İdman Departamentinin rəhbəri İlkin Xəlilov onu dəstəkləyənlərə təşəkkürünü bildirib.

Tanınmış jurnalist bununla bağlı sosial şəbəkədə paylaşım edib:

"ATV-də işimə davam edirəm!!! Bu, 3 aymı çəkəcək, 6 aymı olacaq, bilmirəm, amma hələlik öz yerimdə, 17 il çalışdığım doğma kollektivimlə birgəyəm. Bu günlərdə sosial şəbəkələrdə mənə olan misilsiz dəstək məni həm heyrətləndirdi, həm qürurlandırdı, həm də kövrəltdi. Dostlar, həmkarlar və tanımadığım minlərlə insan dəstək oldu, həmrəylik göstərdi. Hər birinizin qarşısında baş əyir, dərin təşəkkürümü bildirirəm. Sizin dəstəyiniz mənə böyük kömək oldu. Var olun!!!"

Xatırladaq ki,  U-21 millimizin Lixtenşteynə uduzduğu matç üçün hazırladığı AFFA-nı tənqidi süjetinə görə İlkin Xəlilova təzyiqlər başlamışdı, onun işdən azad olunacağı bildirilirdi. Buna görə azarkeşlər və media nümayəndələri sosial şəbəkələrdə buna etiraz edirdi. 

Digər xəbərlər