"Qarabağ"dan "Səbail"ə 3 qol - Video

"Qarabağ"dan "Səbail"ə 3 qol - Video
Futbol, Eksklüziv, Video
16 İyun 2019 - 02:17
Supersport.Az Bakıda "Qarabağ"ın "Səbail"i məğlub etdiyi yoxlama oyunun qollarını videogörüntüyə alıb.

Azərbaycanın yeddiqat çempionu 3:1 hesablı qələbə qazanıb.

"Qarabağ"dan qolları Dani Kintana, Filip Ozobiç və Toral Bayramov vurub. "Səbail"dən Fəhmin Muradbəyli fərqlənib.


"Qarabağ"ın start heyətində baş məşqçi Qurban Qurbanovun övladı Musa Qurbanlı da oynayıb: 

13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 14. Rəşad Sadıqov, 21.Hacıağa Hacılı, 30. Abbas Hüseynov, 8.Miçel, 19. Filip Ozobiç, 6.Simeon Slavçev, 10. Dani Kintana, 17. Abdullah Zubir, 29. Musa Qurbanlı

Qeyd edək ki, hazırlığın ikinci mərhələsi üçün iyunun 18-da Avstriyaya yollanacaq "Qarabağ" 2 həftəlik toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdam təmsilçisi iyunun 22-də Bolqarıstanın “Ludoqorets", iyunun 25-də Rumıniyanın "Krayova", iyunun 28-də Rusiyanın "Ufa", iyulun 2-də isə Çexiyanın "Viktoriya" komandası ilə qarşılaşacaq.

Digər xəbərlər