"Yapon Messi" "Real"da

"Yapon Messi" "Real"da
Futbol
15 İyun 2019 - 08:25
İspaniyanın "Real" klubu daha bir transfer reallaşdırıb.
Supersport.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisi Yaponiyanın U-18 yığmasının hücumçusu Takefuso Kubo ilə anlaşıb. Ancaq gənc futbolçu ilə imzalanmış müqavilənin detalları barədə məlumat verilməyib. "Yapon Messi" adlandırılan futbolçunun hələlik "Real"ın ikinci komandası olan "Kastilyo"da forma geyinəcəyi bildirilib.

"Barselona"nın akademiyasında yetişən Kubo son olaraq, "Tokio" klubunda çıxış edib. Onunla Kataloniya təmsilçisi, "Bavariya", "Maneçster Siti" və PSJ də yaxından maraqlanırdı.

Digər xəbərlər