"Xəzər Lənkəran"ın keçmiş məşqçisi "Traktor Sazi"də: 5 il

"Xəzər Lənkəran"ın keçmiş məşqçisi "Traktor Sazi"də: 5 il
Futbol
13 İyun 2019 - 20:15
Cənubi Azərbaycanın "Traktor Sazi" klubunun yeni baş məşqçisi məlum olub.

Supersport.Az klubun saytına istinadən xəbər verir ki, komanda Mustafa Dənizliylə 5 il müqavilə imzalayıb. Türk mütəxəssisin nə qədər qazanacağı açıqlanmayıb.

70 yaşlı mütəxəssis daha əvvəl də İranda çalışıb. O, 2004-2006-cı illərdə PAS, 2006-2007 və 2011-2012-ci illərdə isə "Perspolis"də məşqçi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, son iş yeri "Kasımpaşa" olan Mustafa Dənizli 2013-2014-cü illərdə "Xəzər Lənkəran"ı çalışdırıb.

 

Digər xəbərlər