"Səbail"dən Aftandil Hacıyevlə bağlı qərar

"Səbail"dən Aftandil Hacıyevlə bağlı qərar
Futbol
13 İyun 2019 - 17:59
Avropa Liqasında ilk dəfə iştirak edəcək "Səbail"də baş məşqçi Aftandil Hacıyevin köməkçiləri ilə bağlı müvafiq qərarlar verilib.

Supersport.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, məşqçilər korpusunda yer alan mütəxəssislər - Emin Ağayev, Yaşar Hüseynov, Fərhad Vəliyev və Toni Boqdanovski ilə 1 illik yeni müqavilə imzalanıb. Aftandil Hacıyevin isə 2020-ci ilə qədər olan müqaviləsinin şərtləri dəyişdirilib.

A.Hacıyev ötən ilin yayından "Səbail"ə başçılıq edir.

Digər xəbərlər