"Qarabağ" yığmamızı məğlub etdi - Video-Foto

"Qarabağ" yığmamızı məğlub etdi - Video-Foto
Futbol, Eksklüziv, Video, Foto
13 İyun 2019 - 19:58
Supersport.Az Azərbaycanın futbol veteranlarının yığması - "Qarabağ" veteranlar komandası yoldaşlıq oyunundan videogörüntü hazırlayıb.


Qarşılaşmanın əvvəlindən sonuna qədər maraqlı və gərgin mübarizənin şahidi olduq.

Matçın ilk dəqiqələrində "Qarabağ"ın futbolçusu Cavanşir Novruzov zədələndiyi üçün oyunu yarımçıq tərk etdi. Müşfiq Hüseynov da sonradan xəsarət aldığı üçün yerini Paşa Əliyevə verdi.

Oyunun gedişində futbolçuların söz atışması, hakimlərlə mübahisəsi diqqətdən yayınmadı.

Yığmanın qolkiperi Hüseyn Məhəmmədov çılğınlığı ilə yadda qaldı: gah rəqibə, gah da hakimlərə sataşdı.

Veteranlar Şurasının sədri Oqtay Abdullayev millinin üzvlərinə, "Qarabağ"ın veteranlar komandasının prezidenti Habil Qurbanov futbolçularına dəstək verdi.

"Qarabağ" 5:4 hesablı qalib gəlsə də, millinin bərabərlik qolunu vurmaq üçün fürsətləri oldu, lakin qolkiper Siyavuş Əliyev komandasını xilas etdi.

Yığmanın üzvü Emin Quliyevin möhtəşəm qolu isə oyunun bəzəyi oldu.

"Qarabağ"dan qolları Paşa Əliyev, Xaqani Məmmədov, Alim Qurbanov (2) və Kənan Kərimov vurdu.

Azərbaycan millisindən Zaur Ramazanov, Rəşad Abdullayev, Emin Quliyev və Ramal Hüseynov fərqləndi.

Oyunun ardından futbolçular matçın təşkilatçısı, Veteranlar Şurasının sədri Oqtay Abdullayevə təşəkkür etdilər.

Azərbaycanın veteranlardan ibarət milli komandasının heyəti bu futbolçulardan təşkil olunub:

1.Hüseyn Məhəmmədov, 2.Elxan Həsənov, 3.Ədahim Niftəliyev, 4.Xəyal Mustafayev, 5.Hüseynqulu Quliyev, 6.Emin Quliyev, 6.Zaur Tağızadə, 7.İsmayıl Məmmədov, 8.Mahmud Qurbanov, 9.İlqar Hüseynov, 10.Zaur Ramazanov, 11.Ramal Hüseynov, 12.Rəşad Abdullayev, 13.Yunis Huseynov, 14.Elman Sultanov, 15.Məqsəd Yaqubəliyev, 16.Zaur İsmayılov.

Baş məşqçi: Nadir Qasımov

"Qarabag" veteran komandasının tərkibi belədir:

1.Siyavuş Əliyev, 2.Camaləddin Əliyev, 3.Müşfiq Hüseynov, 4.Yaşar Hüseynov, 5.Alim Qurbanov
6.Kənan Kərimov, 7.Aslan Kərimov. 8.Ramiz Məmmədov, 9.Bəxtiyar Musayev, 10.Təbriz Həsənov, 11.Mirbağır İsayev, 12.Cavanşir Novruzov, 13.Paşa Əliyev, 15.Samir Musayev, 14.Tərlan Əhmədov, 15.Vadar Nuriyev, 16.Ənvər Axundov, 17.Cəmil Haqverdiyev, 18.Yusif Əsədov.

Məşqçilər: Nazim Mehrəliyev, Cavanşir Novruzov.



Digər xəbərlər