Şeydayev azarkeşlərdən üzr istədi

Şeydayev azarkeşlərdən üzr istədi
Futbol
13 İyun 2019 - 09:21
Millimizin futbolçusu Ramil Şeydayev Avro-2020-nin seçmə mərhələsində Slovakiyaya böyükhesablı məğlubiyyətə  görə azarkeşlərdən üzr istəyib.

Supersport.Az xəbər verir ki, bu barədə "Krılya Sovetov"un hücumçusu özünün "Feysbuk" səhifəsində yazıb: "Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz".

R.Şeydayev matçdan sonra müsahibə zamanı ağlaması ilə bağlı fikirlər haqda da danışıb: "Müsahibədə ağlamamışam, tərimi silirdim".

Qeyd edək ki, millimiz Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzub. Matçda yığmamızın yeganə qolunu R. Şeydayev vurub.

Digər xəbərlər