"Neftçi"də kapitanla ayrılıq

"Neftçi"də kapitanla ayrılıq
Futbol
10 İyun 2019 - 16:16
"Neftçi” kapitanı Ruslan Abışovla yollarını ayırıb.

Supersport.Az bu barədə kluba istinadən məlumat yayıb. 31 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 2003-2012-ci illərdə "Neftçi"nin formasını geyinən Ruslan daha sonra "Xəzər Lənkəran", "Rubin", "Qəbələ" və "İnter"də oynayıb. Müdafiəçi 2017-ci ildə yenidən "ağ-qaralar"a qayıdıb. Onun "Neftçi" il 1 illik müqaviləsi var idi.

Digər xəbərlər