Rüstəm Orucov dünyada birincidir

Rüstəm Orucov dünyada birincidir
Digər, Cüdo
04 İyun 2019 - 22:01
Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq siyahısında Azərbaycan millisinin üzvü liderdir.

Təmsilçilərimizdən 7-si "Top-20"də yer alıb. Yığmamızın lideri Rüstəm Orucov (73 kq) dünyanın ən güclüsüdür. Olimpiya mükafatçımız öz çəkisində 5900 xalla birinci, ümumiyyətlə isə 5-cidir. R.Orucovun millidəki əsas rəqibi Hidayət Heydərov (4696 xal) 6-cı pillədə qərarlaşıb.

100 kq çəki dərəcəsində də iki cüdoçumuz "20-lik"də yer alıb. Elmar Qasımov 11-ci olduğu halda, Zelim Kotsoyev "20-liy"i qapayır.

Digər cüdoçularımızdan İrina Kindzerska (+78 kq) 4-cü, Məmmədəli Mehdiyev (90 kq) 5-ci və Uşanqi Kokauri (+100) 14-cü yerdədir.

 

Digər xəbərlər