Maşallah Əhmədov futbol klubu qurdu - Şəkil

Maşallah Əhmədov futbol klubu qurdu - Şəkil
Futbol
03 İyun 2019 - 15:14




Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycanda yeni futbol klubu təsis olunub.

"Neftçi"nin tanınmış veteran futbolçusu Maşallah Əhmədovun ideoloqu olduğu komanda "Naxçıvan" adlanır.

Klub prezidenti Naxçıvan Muxtar Respublikasının iş adamı Kamal Bayramlıdır. Baş məşqçi Roman Hüseynov təyin olunub.

"Naxçıvan" yaxın illərdə məqsədi birinci divizionda iştirak etməkdir. Klub ilk mərhələdə uşaq-yeniyetmə futbolundan başlayıb.

"Neftçi"nin keçmiş bazasında məskunlaşan klubun nəzdində formalaşdırılan 9,10, 14, 15 və 18 yaşlılardan ibarət komandalar AFFA-nın keçirdiyi aşağı yaş qrupları üzrə çempionatlarda mübarizə aparacaq.

Digər xəbərlər