Tanınmış fanklubun rəhbəri vəfat etdi

Tanınmış fanklubun rəhbəri vəfat etdi
Futbol
03 İyun 2019 - 10:43
Supersport.Az-ın məlumatına görə, Gəncənin "Xəmsə" fanklubunun rəhbəri Adil Məmmədov dünyasını dəyişib.

61 yaşlı A.Məmmədov uzun müddət xəstəlikdən əziyyət çəkib və bir neçə dəfə əməliyyat olunub.

Mərhum Gəncə futbol ictimaiyyətinin iştirakı ilə şəhər mərkəzi stadionundan son mənzilə yola salınıb.

O, 2008-ci ildən "Xəmsə" fanklubunun rəhbəri vəzifəsində çalışıb.

Digər xəbərlər