"Liverpul"un Çempionlar Liqası qazancı

"Liverpul"un Çempionlar Liqası qazancı
Futbol
02 İyun 2019 - 17:23
Supersport.Az-ın xəbərinə görə, UEFA Çempionlar Liqasının qalibi "Liverpul"un 2018-2019-cu il mövsümündə qazancı açıqlanıb.

Komanda 110 milyon avro gəlir əldə edərək, bu baxımdan İngiltərədə fərqlənib.

"Liverpul" turnirin həlledici görüşündə digər ingilis klubu "Tottenhem"i 2:0 hesabla məğlub edib.

Finalda qələbə görə qalib komanda 19 milyon avro, ümumilikdə turnirdə isə 74,35 milyon avro qazanıb.

"Liverpul" teleyayımdan təxminən 35 milyon avro əldə edib. Bu baxımdan "Tottenhem" 1 milyon avro daha az qazanıb.

Qeyd edək ki, "Liverpul" bu qələbədən sonra tarixində 6-cı dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olub. Liverpul təmsilçisi 1977-ci, 1978-ci, 1981-ci, 1984-cü və 2005-ci illərdə Çempionlar Liqasında ən güclü adını qazanıb. "Liverpul" üç dəfə (1973, 1976, 2001) UEFA Kubokunu, üç dəfə isə UEFA Super Kubokunu (1977, 2001, 2005) başı üzərinə qaldırıb.

Digər xəbərlər