Nikola Yurçeviç: "Bu oyun məşqi əvəz etdi"

Nikola Yurçeviç: "Bu oyun məşqi əvəz etdi"
Maqazin
02 İyun 2019 - 02:03


Supersport.Az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət yığma komandanı yoxlama oyununda 3 cavabsız qolla məğlub edən əsas millinin baş məşqçisi Nikola Yurçeviç fikrilərini bildirib.


"Yaxşı oyun alındı. Gənclərdən ibarət komandamızın üzvləri özlərini yaxşı tərəfdən göstərdilər, oyunlarını bəyəndim. Əsas milliyə gəldikdə, bu görüş bizim üçün məşqi əvəz edən bir qarşılaşma oldu. Oyuna baxıb gələcək üçün işin davamını gətirmək baxımından nəticə çıxarmaq olar. Ümumi götürsək, matçdan  razı qaldım. Hazırlıq prosesində iştirak edən bütün futbolçulara oynamaq imkanı yaratdıq. Ola bilər kimsə az, kimsə daha çox meydanda oldu. Amma bunu əvvəlcədən planlaşdırmışdıq.




Macarıstan və Slovakiyaya qarşı meydana çıxacaq heyəti hələ müəyyənləşdirməmişik. Hər bir oyunçunun özünəməxsus üstün və zəif tərəfləri var. Kimin meydana çıxacağını qarşıdakı günlərdə futbolçular özləri bizə göstərəcəklər.

Emil Balayev, Pavel Paşayev və Ramil Şeydayev komandaya iyunun 3-də qoşulacaqlar və cəmi 3-4 məşqdə iştirak edəcəklər. Eddi İsrafilovun zədələnməsini eşidəndə isə şok oldum. O, Xorvatiya və Litva ilə oyunlarda özünü yaxşı tərəfdən göstərmişdi. Eddi fiziki göstəricilərinə görə meydanın mərkəzində əsas oyunçularımızdan biri idi. Onun yoxluğu digər futbolçularımız üçün şans yaradacaq və vəziyyətlə barışmalıyıq”.

Digər xəbərlər