"Qəbələ"də daha bir ayrılıq
Futbol
01 İyun 2019 - 20:04
"Qəbələ" yarımmüdafiəçi Cavid Hüseynovla yollarını ayırıb.
Supersport.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, 31 yaşlı futbolçu 2019-2020-ci illər mövsümündən "qırmızı-qaralar"ın formasını geyinməyəcək.
Əyalət təmsilçisinin heyətində 2014/15 mövsümündə debüt edən yarımmüdafiəçi keçirdiyi 117 oyunda 20 qol vurub. Cavid Premyer Liqada 87 matçda rəqib qapılarından 15 top keçirib. Ölkə kubokunda 19 matça çıxan futbolçu 2 qola sevinib. O, UEFA Avropa Liqasının 11 görüşündə 3 dəfə fərqlənib. Orta sahə oyunçusu “qırmızı-qaralar”ın heyətində üç dəfə Premyer Liqanın mükafatını qazanıb. O, 2014/15 mövsümündə bürünc, 2016/17 və 2017/18 mövsümlərində gümüş medala yiyələnib. 2018/19 mövsümündə Azərbaycan kubokunu başı üzərinə qaldıran futbolçu 2016/17 və 2017/18 mövsümlərində yarışın finalçısı olub. Keçirdiyi 117 matçdan 72-də meydana komandanın kapitanı kimi çıxıb.
"Qəbələ" Cavid Hüseynova "qırmızı-qara" forma ilə keçirdiyi oyunlara, vurduğu qollara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, ona gələcək karyerasında yeni uğurlar arzulayıb.