Türkiyə Futbol Federasiyasında yeni prezident

Türkiyə Futbol Federasiyasında yeni prezident
Futbol
01 İyun 2019 - 18:06
Türkiyə Futbol Federasiyasının (TFF) yeni prezidenti müəyyənləşib.

Supersport.Az-ın qardaş ölkənin mətbuatına istinadən yaydığı xəbərə, bu vəzifəyə Nihat Özdemir seçilib. O, TFF prezidenti vəzifəsinə seçkilərə yeganə namizəd kimi qatılıb və 174 səs toplayıb. N.Özdemir 42-ci rəhbər olub.
Qeyd edək ki, TFF-nin bundan əvvəlki prezidenti Yıldırım Demirören fevralda istefa vermişdi.

Digər xəbərlər