Supersport.Az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda Avropa Liqasının finalında “Arsenal”ı məğlub edərək kuboku qazanan “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri ilə yollar ayrılıb.
Klub rəhbərliyilə danışıq aparan menecer Fali Ramadani bu məsələdə razılığa gəlib.
İtaliyalı mütəxəssisin “Yuventus”u çalışdıracağı bildirilir.