"Sabah"dan ilk transfer

"Sabah"dan ilk transfer
Futbol
31 May 2019 - 15:41


“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Supersport.Az klubun saytına istinadən xəbər verir ki, "Sumqayıt"dan ayrılan Cavid Tağıyev bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

 

Karyerası ərzində “Turan”, AZAL, “Qarabağ” və “Zirə”də çıxış etmiş yarımmüdafiəçinin son komandası “Sumqayıt” olub.

 

Tağıyev Azərbaycan millisində 2 oyun keçirib.

Digər xəbərlər