Denis Silva Azərbaycandan getdi

Denis Silva Azərbaycandan getdi
Futbol
31 May 2019 - 19:34
Mövsümün sonunda "Keşlə"dən ayrılan Denis Silva Azərbaycanla vidalaşıb.

Supersport.Az xəbər verir ki, braziliyalı müdafiəçi Feysbuk səhifəsində ölkəmizdə keçirdiyi illəri xatırlayıb. Azərbaycan haqda müsbət fikirlər səsləndirən 33 yaşlı futbolçu bu ölkəni unutmayacağını bildirib:
"11 ildə yaşadığımız çoxsaylı qələbələr,  söz-söhbətlər, dostluq-düşmənlik üçün hamıya təşəkkür edirəm. Ən əsası bu ölkə üçün nələr etdiyimiz və burda özümüzü evimizdə bilib çox xoşbəxt olmağımızdır. Təəssüf ki, getmək vaxtı çatdı. Bu mərhələ bitdi. Bilmirəm, bizi xatırlayan, darıxan olacaq, ya yox. Amma əmin olun ki, biz həmişə ikinci vətənimiz üçün darıxacağıq. Çünki Azərbaycanı hiss edirik. Bu ölkə bizim həyatımızın bir hissəsi olub. Burda evlənmişik, qızımız burda dünyaya gəlib, Azərbaycanda yaşamışıq. Bu ölkə həmişə ürəyimizdə yaşayacaq. Təşəkkürlər Azərbaycan".Qeyd edək ki, D. Silva "Keşlə" ilə yanaşı, "Xəzər Lənkəran" və "Neftçi"nin də formasını geyinib.

Digər xəbərlər