Britaniyalı səfir: "Bakı UEFA Avropa liqasının finalını möhtəşəm təşkil etmişdi"

Britaniyalı səfir: "Bakı UEFA Avropa liqasının finalını möhtəşəm təşkil etmişdi"
Futbol
30 May 2019 - 12:44
Bakı UEFA Avropa Liqasının final oyununu möhtəşəm təşkil etmişdi.

Supersport.Az-ın məlumatına görə, bunu oyundan sonra Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

Səfirin fikirləri Britaniyanın Azərbaycandakı Səfirliyinin sosial şəbəkə hesabında yerləşdirilib.

“Çelsi” klubunu təbrik edirəm, “Arsenal” üçün isə təəssüflənirəm. Möhtəşəm oyun oldu və hər iki komanda yaxşı nəticə üçün hər şeyi etdi. Final oyununun əla təşkil olunmasına görə Bakıya əhsən!

Qeyd edək ki, dünən Bakı Olimpiya Stadionunda keçirilən  matç“Çelsi” klubunun 4-1 hesablı qələbəsi ilə başa çatıb.

Digər xəbərlər