Avroliqanın ən yaxşı bombardiri

Avroliqanın ən yaxşı bombardiri
Futbol
30 May 2019 - 11:22
Avropa Liqasında 2018/2019 mövsümünün ən yaxşı bombardiri müəyyənləşib.

Supersport.Az-ın məlumatına görə, bu "Çelsi"nin futbolçusu Olivye Jirudur (11 qol). 32 yaşlı hücumçu finalda "Arsenal"la matçda 1 dəfə fərqlənərəq "Ayntraxt"ın oyunçusu Luka Yoviçi 1 qol fərqi ilə geridə qoyub və ən yaxşı bombardir olub. L.Yoviç isə bombardirlər siyahısında ikinci pillə ilə kifayətlənib.
Pyer-Emerik Obameyanq ("Arsenal"), Vissam Ben-Yeder ("Sevilya") və Munas Dabbur ("Zalsburq") isə hərəyə 8 qolla növbəti pillələri bölüşdürüb.

Digər xəbərlər