"Qalatasaray"ın Çempionlar Liqasında çempionluq məqsədi - "İmperator"un qazancı

"Qalatasaray"ın Çempionlar Liqasında çempionluq məqsədi - "İmperator"un qazancı
Maqazin, Futbol
29 May 2019 - 02:22
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim klubla yeni müqavilə imzalayıb.

Supersport.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis 5 il müddətində 5 böyük hədəfə çatmaq iddiasındadır. "İmperator"un əsas məqsədi "Qalatasaray"ı Çempionlar Liqasının qalibi etməkdir.

Mütəxəssis 5 mövsümdə 5-ci ulduzu qazanmaq istəyir. Tanınmış məşqçi, 5 il müddətində illik 25 milyon (6 milyon 985 min manat), ümumilikdə 125 milyon lirə (34 milyon 925 min manat) gəlir əldə edəcək.

Fatih Terim hər çempionluqda 5 milyon (1 milyon 397 min manat), 5-ci ulduz taxılanda 5 milyon (1 milyon 397 min manat) əlavə mükafat alacaq.

Çempionlar Liqası qrupunu adlamaq qazancı 5 milyon lirə (1 milyon 397 min manat) olacaq.

Çempionlar Liqasında çempionluq 5 milyon lirə (1 milyon 397 min manat), Avropa Liqasında da qalib olmaq mükafatı 5 milyon lirə (1 milyon 397 min manat) olacaq.

 

Digər xəbərlər