Bakı finalı ərəfəsində: "Arsenal"la "Çelsi"nin açıq məşqlərinin vaxtı

Bakı finalı ərəfəsində: "Arsenal"la "Çelsi"nin açıq məşqlərinin vaxtı
Futbol
28 May 2019 - 01:19
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununda qarşılaşacaq "Çelsi" və "Arsenal" komandalarının oyunöncəsi mətbuat konfransı və mətbuat üçün açıq məşqlərinin vaxtları müəyyənləşib.

Supersport.Az xəbər verir ki, həm açıq məşqlər, həm də mətbuat konfransları mayın 28-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

Daha öncə "Arsenal"ın baş məşqçisi Unay Emeri və iki futbolçusu, ardından isə "Çelsi"nin çalışdırıcısı Maurisio Sarri ilə iki yetirməsi mətbuat nümayəndələri ilə qarşılaşacaq.

"Arsenal"

Saat 17:45. Baş məşqçi və 2 futbolçunun iştirakı ilə mətbuat konfransı
Saat 18:30. Mətbuat üçün açıq məşq

"Çelsi"

Saat 20:15. Baş məşqçi və 2 futbolçunun iştirakı ilə mətbuat konfransı
Saat 21:00. Mətbuat üçün açıq məşq

Tədbirlərdə müvafiq qaydada akkreditasiyadan keçmiş mətbuat nümayəndələri iştirak edə bilər.

Digər xəbərlər