Eksklüziv: "Qarabağ" Əfran İsmayılovu qaytardı

Eksklüziv: "Qarabağ" Əfran İsmayılovu qaytardı
Futbol, Eksklüziv
28 May 2019 - 00:54
Supersport.Az-ın əldə etdiyi xəbərə görə, "Qarabağ" ötən mövsümü "Sumqayıt"da keçirən keçmiş futbolçusu Əfran İsmayılovu heyətinə cəlb edəcək.

Məlumatda bildirilir ki, 30 yaşlı yarımmüdafiəçi dünən Ağdam klubunun bazasında olub, rəhbərlik və baş məşqçi Qurban Qurbanovla görüşüb. Yaxın günlərdə tərəflər arasında müqavilə imzalanacağı gözlənilir.

Məlumat üçün bildirək ki, Ə.İsmayılov karyerasında 2006–2013-cü, 2015-2018-ci illərdə "Qarabağ"ın, sonra "Turan" (2009), "Bakı" (2013–2014), "Xəzər Lənkəran" (2014), Bakının "İnter" (2015), "Sumqayıt" (2018-2019) klublarının, həmçinin milli komandanın formasını geyinib.

 

Digər xəbərlər