Avropa Liqasının finalında “Arsenal”la qarşılaşacaq “Çelsi” Bakıya yola düşüb.
Supersport.Az-ın xəbərinə görə, bu barədə London klubunun sosial şəbəkəsində məlumat verilib.
Qeyd edək ki, “Çelsi” və “Arsenal” arasında Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşü mayın 29-u saat 23:00-da başlayacaq.

