"Qarabağ"ın potensial rəqibləri artdı

"Qarabağ"ın potensial rəqibləri artdı
Futbol
20 May 2019 - 10:36
Çempionlar Liqasında ölkəmizi ardıcıl 6-cı dəfə təmsil edəcək "Qarabağ"ın daha 4 potensial rəqibi məlum olub.

Supersport.Az xəbər verir ki, görə, ÇL-ə son vəsiqə qazananlardan "Sarayevo" (Bosniya və Herseqovina),  "Pyast" (Polşa) və "Sutyeska" (Monteneqro) səpələnməmişlərin sırasına düşüb. Bundan başqa, qeyri-müəyyənlərdə göstərilən "Valletta"nın (Malta) da artıq səpələnməmişlər arasında olacağı dəqiqləşib.

Adıçəkilən klublardan hər biri 1-ci təsnifat mərhələsində mübarizə aparacaq və səpələnmişlər səbətində yer alacaq "Qarabağ"a rəqib ola bilər.

Azərbaycan təmsilçisinin 16 potensial rəqibindən 13-ü müəyyənləşib.

Səpələnmişlər: "Seltik" (Şotlandiya), BATE (Belarus), "Astana" (Qazaxıstan), "Qarabağ" (Azərbaycan), "Maribor" (Sloveniya), "Srvena Zvezda" (Serbiya), "Şerif" (Moldova), "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dundalk" (İrlandiya), "Düdelanj" (Lüksemburq), "Şkendiya" (Makedoniya), TNS (Uels), "Slovan" (Slovakiya), AIK (İsveç).
 Səpələnməmişlər: "Sarayevo" (Bosniya və Herseqovina), "Valletta" (Malta), "Pyast" (Polşa), "ÇFR Kluj" (Rumıniya), "Ferensvaroş" (Macarstan), "Nomme Kalyu" (Estoniya), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Valyur" (İslandiya), "Linfild" (Şimali İrlandiya), "HB Torshavn" (Farer adaları), "Riqa" (Latviya), "Saburtalo" (Gürcüstan).

Qeyri-müəyyənlər: "Suduva" (Litva), Bolqarıstan çempionu, Ermənistan çempionu, ilkin mərhələnin qalibi.

Qeyd edək ki, Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək.

 

Digər xəbərlər