Avroliqanın Bakı finalının proqramı: "Arsenal" "Çelsi"ni qabaqladı

Avroliqanın Bakı finalının proqramı: "Arsenal" "Çelsi"ni qabaqladı
Maqazin, Futbol
20 May 2019 - 09:29
Supersport.Az-ın məlumatına görə, Avropa Liqası final oyununun iştirakçı komandalarının Azərbaycan planı açıqlanıb.

Qarşılaşmadan bir gün əvvəl Bakı Olimpiya Stadionunda "Arsenal"ın baş məşqçisi Unai Emeri mətbuat konfransı keçirəcək. 47 yaşlı ispan mütəxəssis və 2 futbolçu Bakı vaxtıyla 17:45-18:15 saatında sualları cavablandıracaq.

Mətbuat konfransından 15 dəqiqə sonra "Arsenal"ın BOS-da 1 saatlıq (18:30-19:30) məşq prosesi nəzərdə tutulub. Hazırlığın ilk 15 dəqiqəsi media nümayəndələrinə açıq olacaq.

"Çelsi"nin 60 yaşlı italiyalı baş məşqçisi Mauritsio Sarriylə klubun 2 futbolçusu saat 20:15-dən 20-45-dək jurnalistlər qarşısında olacaq. Bundan 15 dəqiqə sonra komandanın 1 saatlıq (21:00-22:00) məşqi keçiriləcək.

Supersport.Az UEFA-ya istinadən belə xəbər verib.

Xatırladaq ki, Avroliqanın "Arsenal" - "Çelsi" finalı mayın 29-da saat 23:00-da Bakı Olimpiya Stadionunda başlayacaq.

 

Digər xəbərlər