"Arsenal" erməni futbolçunu Bakıya gətirməyəcək

"Arsenal" erməni futbolçunu Bakıya gətirməyəcək
Futbol
17 May 2019 - 19:43
"Arsenal"ın yarımmüdafiəçisi Henrix Mxitaryan Bakıda "Çelsi"yə qarşı keçiriləcək Avropa Liqasının final matçında oynamayacaq.

Supersport.Az-ın "The Times" nəşrinə istinadən klub təhlükəsizlik səbəbindən onu Londonda saxlayacaq.
"Arsenal"ın rəhbərliyi hesab edir ki, erməni futbolçunun Azərbaycana mümkün gəlişi ilə yaranacaq səs-küy komandaya vacib oyun öncəsi mənfi təsir edə bilər.

Qeyd edək ki, AFFA, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi dövlətin adından çıxış edərək, finalda iştirak edən bütün iştirakçıların, o cümlədən Mxitaryanın təhlükəsizliyinə zəmanət vermişdi.

Digər xəbərlər